Ölkə

Yüksən bal toplayan şagird: “Gün ərzində 3-4 saat dərs oxumuşam”

29 İyul 2021 17:46
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda keçirilən II ixtisas qrupu üzrə ən yüksək göstərici - 691.2 bal toplayan şagird Əflan Bədəlovdur.

Milli.Az xəbər verir ki, o, oxu.az-a açıqlamasında bildirib ki, Salyan şəhər Yusif Qasımov adına 4 nömrəli tam orta məktəbin şagirdi olub:

"Mən hər gün universitetə hazırlaşmaq üçün 3-4 saat dərs çalışmışam, vaxtaşırı dərsləri təkrarlamışam. Nəticədə qəbul imtahanında yüksək bal topladım. Ali təhsilimi hansı universitetdə alacağım barədə qərar verməmişəm. Əgər alınsa, dövlət xətti ilə xarici ölkədə təhsil almaq istəyirəm".

Ə.Bədəlov 3 qat respublika fənn Olimpiadasının qalibidir. O, buraxılış imtahanında 291.2 balla rayon birincisi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.