Ölkə

Ağır xəstələrin sayı 5%-ə çatırsa, karantinin sərtləşdirilməsinə... - Şöbə müdiri

29 İyul 2021 13:14
Baxış: 2 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Heç bir panikaya əsas yoxdur. İndiki yoluxma sayı 2019-2020-ci illərdəki yoluxma sayındakı artımdan qat-qat təhlükəsizdir".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev deyib.

O, fikrini belə izah edib:

"Əvvəlki yoluxmalarda biz virusu yaxşı tanımırdıq, törədəcəyi fəsadları bilmirdik, ona görə də keçən il ərzində bütün dünyada itkilər çox oldu. İndi virusu tanıyırıq, əhalinin xeyli hissəsi peyvəndlənib və ən əsası yoluxucu virus xəstəliklərinin əsas qanunlarından biri olan yoluxuculuq artdıqca, ölümcüllüyün azalmasıdır. Ayrıca qeyd edim ki, əgər yoluxuculuq artırsa, demək ki, öldürücülük azalır. Artıq elmi cəhətdən də sübut edilib ki, hazırki "Delta" ştamının yoluxuculuğu çox olsa da, öldürücülüyü əvvəlki Britaniya, Cənubi Afrika, Braziliya, Çin və s. ştamlarından azdır. Bunun üçün də narahatlığa heç bir əsas yoxdur.

Rəsmi qurumlar hazırki yoluxma sayında olan ağır xəstələrin faiz dərəcəsini açıqlamalıdırlar. Əgər hazırki yoluxmalarda xəstəliyi ağır keçirənlərin sayı faiz etibarilə təqribən 5% civarındadırsa, heç bir karantin qaydalarının sərtləşdirilməsinə, panikaya ehtiyac yoxdur və bu o deməkdir ki, biz artıq bu virusla yaşamağa öyrəşirik. Necə ki, hər il qrip virusuna milyardlarla insan yoluxub sağalır". 

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.