Ölkə

Pandemiya qaydalarını pozan 5 obyekt aşkarlandı

21 İyun 2021 18:32
Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə iyunun 20-də ölkə üzrə 422 ictimai iaşə obyektində 730 monitorinq keçirilib.

Qurumdan verilən məlumata görə, monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xəzər rayonu, İldirim 30b‎ ünvanında yerləşən, fiziki şəxs Xanlarov Ceyhun Qalib oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nəsimi ‎rayonu, Nizami 241ünvanında yerləşən, fiziki şəxs Bayramov Rüfətə məxsus "Grand Pub" kafesi;

3. Bakı şəhəri, Yasamal rayonu, H Cavid pr. 20 ünvanında yerləşən, hüquqi şəxs "Xs-500 Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Atlantis" restoranı;

4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 180A ünvanında yerləşən, fiziki şəxs ‎Seyidzadə Mircavid Mirtofiq oğluna məxsus kafe;

5. Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Məmmədov Mübariz Yaqub oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.