Ölkə

Yeni marşrut xətti açıldı - Gediş haqqı 40 qəpik olacaq

29 May 2021 12:54
Baxış: 3 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binə Atçılıq yaşayış massivini metronun "Ulduz" stansiyası ilə əlaqələndirən yeni 169 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Yeni xəttin təşkili ilə bağlı qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla verilib.

"General Auto Company" şirkətinin istismarında olan marşrut xətti 31.05.2021-ci il tarixindən fəaliyyətə başlayacaq. Sərnişin təlabatına uyğun olaraq marşrut üzrə daşımalara ortatutumlu avtobuslar cəlb ediləcək. Marşrutun hərəkət intervalı sərnişin təlabatına uyğun olaraq tənzimlənəcəkdir. Marşrut xətti üzrə gediş haqqı 0.40 AZN təşkil edəcək.

Yeni marşrut xəttinin təşkili ilə 14000 nəfərdən artıq əhalisi olan Atçılıq yaşayış massivi sakinlərinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirilməsi təmin olunacaq.

Qeyd edək ki, ölkə başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığına uyğun olaraq analoji işlər bundan sonra da davam etdiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.