Ölkə

Bakı Metropoliteni yeni qatarlar alacaq

28 May 2021 18:12
Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Metropoliteni bu il də yeni qatarlar alacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: "2019-cu ildə Bakı Metropoliteni Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, hər il şirkət Bakı Metropoliteni üçün 20 yeni vaqon istehsal etməlidir. 2015-ci ildən bu vaxta qədər Bakı Metropoliteni 75 yeni vaqon gətirib. Hazırda həmin vaqonlar istismardadır. Bu il daha 20 vaqon ölkəyə gətiriləcək və ilin sonuna qədər istismara veriləcək. Müqaviləyə əsasən, gələn il daha 20 yeni və müasir vaqon ölkəyə gətiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.