Ölkə

Naxçıvana yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq - RƏSMİ

27 May 2021 15:50
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvana yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, buna səbəb Naxçıvana səfərin İran üzərindən gerçəkləşməsidir: "Sərhədlər açılmadığı üçün Naxçıvana hələlik sərnişindaşıma həyata keçirilməyəcək. Gürcüstan digər ölkələrlə sərhədləri açsa da, ölkəmizdə belə bir qərar qəbul edilməyib. Gürcüstan və digər ərazilərə sərnişindaşıma ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.