Ölkə

Karantini pozan repetitor saxlanılıb

17 Aprel 2021 15:16
Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman, repetitor fəaliyyəti ilə məşğul olan rayon sakini Vüqar Abdullayevin karantin qaydalarını pozması halı aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, həmin şəxsin 22 nəfər şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən V.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

V.Abdullayev barədə Siyəzən RPŞ-də qanunamüvafiq tədbir görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.