Ölkə

TƏBİB: Peyvənddən sonra antitel yaranmasa, yenidən peyvənd vurula bilər - VİDEO

15 Aprel 2021 15:14
Baxış: 1 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus peyvəndi vurulan şəxslərdə antitellər yaranmasa, həmin şəxslərin təkrar peyvəndlənməsi ilə bu problem aradan qalxa bilər.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib. O bildirib ki, peyvənddən sonra antitel əmələ gəlməməsinin səbəbi immun sisteminin peyvəndə reaksiyası ilə əlaqədardır:

"Peyvəndin ikinci dozasından 3-4 həftə ötdükdən sonra immun sistemində yetərincə antitel əmələ gələcək. Antitellərin yaranmaması çox nadir hallarda baş verir və buna görə vətəndaşlar narahat olmamalıdır. Problemi ikiqat peyvəndlənməklə həll etmək olar. Belə hallara immun problemi olan, xronik qaraciyər və böyrək xəstəliyindən əziyyət çəkən şəxslərdə rast gəlinir".

Qurum nümayəndəsi onu da qeyd edib ki, peyvənddən sonra yaranan halsızlıq, əzələ ağrıları və s. kimi əlamətləri maye qəbulu və istirahət etməklə aradan qaldırmaq mümkündür:

"Əgər şikayətlər artarsa, ağrılar şiddətli olarsa, həkimə müraciət etməkdə fayda var. Çünki bu hal başqa bir infeksion xəstəlik səbəbindən də ortaya çıxmış ola bilər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.