Ölkə

Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq

14 Aprel 2021 17:42
Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsi ilə bağlı qəbul imtahanına salınacaq mövzular açıqlanıb.

Milli.Az-ın məlumatına görə, Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair "Abituriyent" jurnalının 1-ci sayında tarix fənni üzrə qəbul proqramında verilmiş mövzular əsasında Azərbaycan və rus dilində hazırlanmış məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.

Material yaxın vaxtlarda "Abituriyent" jurnalının 2-ci sayında da dərc olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.