Ölkə

Bərdədə cinayət törədən şəxslər saxlanılıb

14 Aprel 2021 15:46
Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, aprel ayının 12-də rayon ərazisindəki marketdən oğurluq edilməsi barədə Bərdə RPŞ-yə məlumat daxil olub. Məlumatla əlaqədar olaraq həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Aqil Maqsudov və Adil Abdullayev saxlanılıb. Araşdırmalarla onların ərzaq məhsulları və nəğd pul oğurlamaqla 500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Daxil olmuş məlumat əsasında keçirilmiş digər tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs də saxlanılıb. Belə ki, Bərdə rayon sakini Vüsal Novruzovun şəhər ərazisində yeri müəyyən edilərək şübhəli qismində Polis Şöbəsinə gətirilib. Onun üzərində aparılan şəxsi axtarış zamanı güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.