Ölkə

Həkimdən xəbərdarlıq: Ramazanda yoluxma arta bilər, ibadətlər onlayn olmalıdır - VİDEO

13 Aprel 2021 13:04
Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayı ilə əlaqədar vətəndaşların iftar süfrələrində və ibadətlərdə kütləvi toplaşması ehtimalı ictimaiyyətdə karantinin yenidən sərtləşdirilməsi barədə müzakirələrə səbəb olub.

Milli.Az bildirir ki, məsələ ilə bağlı "ARB Xəbər"ə açıqlama verən həkim Adil Qeybulla bildirib ki, hazırkı vəziyyət nəzərə alınaraq ibadətlərin onlayn olması məqsədəuyğundur:

"Orucluqda epidemioloji vəziyyətdən asılı olaraq karantin qaydaları sərtləşdirilə və ya yumşaldıla bilər. Hesab edirəm ki, məscidlərdə bütün ibadətlər onlayn olmalıdır. Ayinlərin də onlayn icra olunması mümkündür. Rəqəmsal rabitə buna imkan verir.

Koronavirusa yoluxmalar nə qədər çox olarsa, işimizə ziyan vuracaq sərtləşmələr olacaq, bundan da insanların özü əziyyət çəkəcək".

Din xadimləri də qapanmalara gedilməməsi üçün vətəndaşları kütləvi iftar süfrələrindən çəkinməyə və mümkün qədər təmasları azaltmağa səsləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.