Ölkə

Bakıda 4 yaşlı uşağın mədəsində aşkar edilən metal TƏƏCCÜBLƏNDİRDİ - FOTO

17 Mart 2021 11:51
Baxış: 2 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 4 yaşlı uşaq ehtiyatsızlıqdan qəpik udub. Müayinə zamanı qəpiyin təbii yolla mədədən xaric edilməsinin mümkünsüz olduğu məlum olub.

Milli.Az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib:

"Bir həftə qabaq 4 yaşında uşaq 5 qəpik udub. Bir həftədir qəpik uşağın mədəsindən ifraz olunmur. Gətiriblər müayinəyə, biz də aşkar etdik ki, qəpik hələ mədədir. Mədənin çıxacaq hissəsi uşaqlarda dar olduğuna görə çıxmır. Qəpiyin diametri mədənin çıxacaq hissəsinin diametrindən iki dəfədən çox böyükdür. Ona görə mədədən keçmədi, qalıb mədədə. Biz məsləhət gördük ki, endoskopiya müayinəsindən keçsin, endoskopik yolla çıxartsınlar. Hələ bir xəbər yoxdur. Qəpik uşağın mədəsindən çıxarılacaq". 

Təhməz Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.