Ölkə

Magistratura imtahanı iki dəfə olacağı üçün çətinləşdirilib? - Açıqlama - VİDEO

5 Mart 2021 15:34
Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Magistraturaya qəbul imtahanı iki dəfə keçiriləcəyi üçün qəbul imtahanı suallarının çətin salınması barədə iddialar doğru deyib. 

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə deyib. O bildirib ki, ötən illə müqayisədə nəticələrin yaxşı olması da bunu sübut edir: 

"Biz dəfələrlə elan etmişik ki, pandemiya ilə əlaqədar vəziyyət əlverişli olarsa, magistraturaya qəbul imtahanı ikinci dəfə keçirilə bilər. İkinci imtahanda iştirak məcburi deyil və bakalavrın şəxsi istəyindən asılıdır. Əslində bu qərarı bakalavrlar müsbət qarşılayırlar. Ona görə də hesab edirəm ki, bu, doğru olmayan fikirlərdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.