Ölkə

Yumşalmadan sonra dəmir yollarından istifadə edənlərin sayı artıb

26 Yanvar 2021 16:39
Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkədə SMS icazə sistemi ləğv olunduqdan sonra, dəmir yollarından gündəlik istifadə edənlərin sayı çoxalıb.

Milli.Az bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunub ki, sərnişindaşımada 50% artım qeydə alınıb:

"Xüsusi karantin rejimi günlərində Bakı-Sumqayıt-Bakı qatarlarından gündəlik 4000-dən çox sərnişin istifadə edib. Yanvarın 18-dən, SMS icazə ləğv olunduqdan sonra gün ərzində bu istiqamətdə hərəkət edən sərnişinlərin sayı təqribən 6000 nəfərdən çox olub".

Dekabrın 14-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqindən əvvəl Bakı-Sumqayıt-Bakı istiqamətində gün ərzində qatarla 7000-dən çox sərnişin hərəkət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.