Ölkə

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisə aşkarlandı - FOTO

25 Yanvar 2021 19:11
Baxış: 2 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Milli.Az-a bildirilib ki, agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bünyadov ev 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məhəmməd Bağer Bağeriyə məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib. İlkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Araşdırma zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktlara əməl etmədən fəaliyyət göstərdiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, unlu qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.