Ölkə

Büdcədən maliyyələşən yayımçıların efirlərində çatışmazlıqlar var - MTRŞ

18 Yanvar 2021 15:17
Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət büdcəsindən maliyyələşən yayımçıların efirlərinin izlənilməsi zamanı bəzi çatışmazlıqlar aşkarlanıb.

Milli Televiziya və Radio Şurasından (MTRŞ) Trend-ə verilən məlumata görə, ARB 24 və REAL TV kanalları istisna olmaqla ümumölkə televiziya yayımçıları tərəfindən "Televiziya və radio yayımı haqqında" Qanunun 32.0.8-ci maddəsinin (karlar və zəif eşidənlər üçün tədris və informasiya xarakterli sosial yayımlar təşkil olunmalıdır) tələblərinə əməl edilməməsi diqqəti cəlb edir.

12 ümumölkə televiziya kanalından 8-nin (AZTV, İTV, ARB 24, REAL TV, LİDER TV, MƏDƏNİYYƏT TV, İDMAN TV, CBC SPORT TV) efirində maarifləndirici, müzakirə və informativ xarakterli layihələr üstünlük təşkil etmişdir. Digər 4 kanalın (ATV, XƏZƏR TV, ARB və SPACE TV) efir səbətində isə maarifləndirici-informativ proqramlarla yanaşı əyləncə və şou xarakterli layihələrə də geniş yer ayrılmışdır.

Şuradan əlavə edilib ki, Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqları barədə materialların hazırlanmasında televiziya kanallarının müstəsna rolu qeyd olunmuşdur. 44 gün davam edən Vətən Müharibəsi zamanı vətən uğrunda həlak olmuş heç bir şəhidin diqqətdən kənarda qalmaması məqsədilə Şura və televiziya kanallarının birgə təşəbbüsü ilə şəhidlər haqqında çəkilən reportajların ümumi reyestrinin aparılması razılaşdırılmışdır. Milli Televiziya və Radio Şurasının monitorinq qrupu tərəfindən hazırlanan reyestrə televiziya kanallarında şəhidlər haqqında çəkilmiş reportaj və materiallar haqqında məlumat daxil edilir. Reyestr mütəmadi olaraq yenilənir və ilin sonuna olan məlumata görə artıq 733 şəhid barədə reportaj televiziya kanallarında yayımlanmışdır.

İl ərzində ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına da yol verilmişdir. Yayımçılar əsasən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin (reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) və s.-nin müddəalarını pozublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.