Ölkə

Hər bir vətəndaşın vaksinasiyada aktiv iştirakı vacibdir - Şahmar Mövsümov

16 Yanvar 2021 11:48
Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda koronavirusadan ölənləin sayı digər ölkələrdə ölənləin sayından azdır. Ancaq biz yenə də diqqətli olmalı və karantin qaydalarına əməl etməliyik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərərgahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, vətəndaşlar vaksinasiya prosesində aktiv iştirak etməlidir: "Biz hər birimiz vaksinasiyada aktiv iştirak etməliyik. Koronavirusa qalib gəlmək üçün iki istiqamət var.

Bunlar karantin qaydalarına əməl etmək və peyvəndləmədə aktiv iştrak etməkdir. Biz açılmalara müəyyən mərhələlərlə gedəcəyik. Lakin bunun üçün çox vacibdir ki, vaksinasiya prosesində aktiv iştirak edək. Ümid edirəm ki, bütün Azərbaycan xalqı peyvəndləmədə aktiv iştirak edəcək və biz bu yolla koronavirusa son qoyacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.