Ölkə

Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır

15 Yanvar 2021 16:01
Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlər var. Həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda keçirilən onlayn tədbirdə deyib.

O bildirib ki, distant dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır:
"Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərdə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.