Ölkə

Sürücüləri çaşdıran natamam nişanlanma - İkinci dərəcəli yola oxşayan baş yol

3 Sentyabr 2020 17:07
Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının bəzi küçələrində yol nişanlarının natamamlığı sürücülər arasında anlaşılmazlığa gətirib çıxarır.

Milli.Az bildirir ki, Bakının bəzi küçələrində, xüsusən də, körpülərin altındakı yollarda nişanlardan sadəcə biri quraşdırılıb.

Yol nişanının sadəcə ikinci dərəcəli yolu bildirən istiqamətdə quraşdırılması sürüclər arasında anlaşılmazlığa səbəb olur. Əslində ikinci dərəcəli yola oxşasa da, digər nişana görə baş yolda olduğunu bilməyən sürücü bir neçə saniyə gözlədikdən sonra hərəkətə davam edir ki, bu da vaxt itkisidir.

Bu natamam nişanlanmaya Koroğlu parkının aşağısındakı, Ziya Bünyadov prospektinin körpüdən keçən hissəsinin altında və başqa bir neçə ərazidə rast gəlmək mümkündür.

Qeyd edək ki, baş yol - kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur. İkinci dərəcəli yolda olan sürücülər baş yoldakı sürücülərə yol verməlidirlər. Əgər kəsişən yollar eyni əhəmiyyətlidirsə avtomobil sağ tərəfdən yolayrıcına qovuşan yoldakı avtomobili gözləməlidir.

Bəxtiyar Umarlı
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.