Ölkə

Biləsuvarda 35 nəfər cərimə edildi

12 Avqust 2020 16:03
Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Biləsuvar rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiləcək.

Mİlli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.