Ölkə

Balakəndə tapılan əqli qüsurlu qadının şəxsiyyəti bilindi

12 Avqust 2020 13:01
Baxış: 1 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən rayonu ərazisində tapılan əqli qüsurlu qadının şəxsiyyəti müəyyən edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, onun Zaqatala rayonu Uzun Tala kənd sakini, 1962-ci il təvəllüdlü Cəmilə Xaşayeva olduğu məlum olub.

Polis əməkdaşları həmin şəxsin qohumları ilə əlaqə saxlayaq, qadını onlara təhvil veriblər.

Balakəndə əqli qüsuru olan qadın tapılıb.

Qeyd edək ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək, ona yaxınlaşıblar. İtkin düşdüyü ehtimal edildiyi üçün o, polis şöbəsinə gətirilib. Üzərində heç bir sənəd olmadığından şəxsiyyətini müəyyən etmək mümkün olmamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.