Ölkə

Kestutis Yankauskas: Dənizə gələrkən bütün qoruyucu vasitələrdən istifadə etməliyik, məsafə saxlamalıyıq - FOTO

8 Avqust 2020 10:17
Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dənizə gələrkən bütün qoruyucu vasitələrdən istifadə etməliyik, məsafə saxlamalıyıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Buzovna çimərliyinin tullantılardan təmizlənməsi prosesində iştirak edərkən deyib.

"Xəzər günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı nümayəndəlikləri olaraq biz bura toplaşmışıq.

Əsas məqsəd odur ki, dəniz sahilində olan tullantıları təmizləyək. Biz bütün ictimaiyyətə çağırış edirik ki, dənizə gələrkən bütün qoruyucu vasitələrdən istifadə edək, məsasə saxlayaq. Özümüzlə gətirdiklərimizi dənizə, sahilə atmayaq.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi mütəmadi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir. Ətraf mühitin qorunması bizim üçün vacib məslələrdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.