Ölkə

Postdan 1000-ə yaxın maşın geri qaytarıldı

7 Avqust 2020 14:39
Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların və postlardan geri qaytarılanların sayını açıqlayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 6-7 avqust tarixlərində nəqliyyat vasitələri ilə hərəkətdə olan 221 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə, 112 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 30-u rayon, 115-i paytaxt istiqamətinə olmaqla 145, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 135-i rayon, 260-ı paytaxt istiqamətinə olmaqla 395, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 105-i rayon, 225-i paytaxt istiqamətinə olmaqla 330 avtomobil geri qaytarılıb, ümumilikdə 870 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.