Ölkə

İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

7 Avqust 2020 11:10
Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı davam etdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934 mənzil və fərdi ev verilib.

2020-ci ildə isə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq son 20 gün ərzində 250 mənzil olmaqla, ümumilikdə 554 mənzil verilib.

Digər mənzillər və fərdi evlərin isə ilin sonunadək verilməsi planlaşdırılır. Ümumilikdə indiyə kimi şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.