Ölkə

Qanunsuz odlu silah saxlayan şəxs saxlanıldı - FOTO

7 Avqust 2020 15:12
Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərbad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilməsi məqsədi ilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, belə ki, rayonun Çallı kəndində yaşayan İsa İsayev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxıanılaraq Zərdab Rayon Polis Şöbəsinə gətirilib.

Onun kənd ərazisində yerləşən fermasındakı yaşayış yerinə baxış zamanı 1 ədəd təklüləli "İJ" markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı İsa İsayevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.