Ölkə

Maliyyə nazirinin müavini deputatların xərclərlə bağlı təkliflərinə münasibət bildirdi

6 Avqust 2020 13:00
Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maliyyə nazirinin müavini deputatların yerli xərclərlə bağlı təkliflərinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadə xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu xərclər, əsasən, yerli büdcədən maliyyələşən bağçaların, ərzaq təminatı ilə əlaqədardır.

O əlavə edib ki, ilin əvvələrində yerli büdcələrdə bu istiqamətlərə ayrılan vəsaitlər istifadə olunmayıb.

"Ona görə də qənaət edilib. Azalmaların əsas səbəbi budur. Siyavuş müəllim Naxçıvana ayrılan vəsaitin azlığını qeyd etdi. Pandemiya sahəsində tədbirlərin həyata keçirilməsi üçün ayrılmış vəsait mərkəzləşmiş qaydada ayrılır. O baxımdan Naxçıvana ayrılan bu vəsait pandemiya ilə mübarizə üçün ayrılan vəsait deyil, müxtəlif istiqamətlərə yönəldilən vəsaitdir. Pandemiya ilə əlaqədar xərclər isə mərkəzləşmiş xərclərdən ayrılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.