Ölkə

Yasamalda tanışını ağır yaralayan şəxs saxlanıldı

6 Avqust 2020 11:38
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 4-də saat 23 radələrində Bakı şəhəri, Yasamal rayon sakini 1970-ci il təvəllüdlü Əli Cəfərovun baş nahiyəsinə bıçaqla xəsarət yetirilməsi barədə məlmat məlumat daxil olub.

Yasamal Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1995-ci il təvəllüdlü İbrahim Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Əli Cəfərova Yasamal rayonu ərazisində sonuncunun baş nahiyəsinə bıçaq zərbəsi vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İbrahim Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.