Ölkə

"Neftin qiymətinin 35 dollar həcmində olması proqnozlaşdırılır" - Nazir

5 Avqust 2020 11:57
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neftin qiyməti büdcədə 55 dollar məbləğində götürülüb, lakin növbəti 6 ay ərzində 35 dollar həcmində olması proqnozlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

S.Şərifov vurğulayıb ki, Azərbaycanda ÜDM-də artıq geriləmə prosesi başlayıb və bu geriləmə aprel ayında başlayıb. Nazirin sözlərinə görə, gözlənilən ondan ibarətdir ki, bu proseslər bir qədər artacaq lakin proqnoza əsasən ÜDM-nin azalması 5 faizdən artıq olmayacaq:

"Burada nəzərə alınır ki, iqtisadiyyatın əksər sektorunda geriləmələr müşahidə olunmaqdadır. Eyni zamanda neftin qiymətinin yeni proqnozu da gəlirlərin azalmasına təsir göstərir. Belə ki, neftin qiyməti büdcədə 55 dollar məbləğində götürülüb, lakin növbəti 6 ay ərzində 35 dollar həcmində olması proqnozlaşdırılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.