Ölkə

Komitə sədri: "Son iki ayın təhlilləri göstərir ki, kifayət qədər ehtiyatlı olmalıyıq"

5 Avqust 2020 11:51
Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. Pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

O qeyd edib ki, istər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib:

"Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlandı və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edildi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.