Ölkə

Qadının çantasından qızıl və pul oğurlayan şəxs saxlanıldı

5 Avqust 2020 16:27
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən kafelərin birində qadına məxsus çantadan pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin M.Mahmudova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.