Ölkə

Gəncədə kişi arvadına 3 bıçaq zərbəsi vurdu

4 Avqust 2020 10:40
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə Xalça Kombinatının yataqxanasında həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə təqsirli bilinən şəhər sakini, 1956-cı il təvəllüdlü Həsənov İlham Müzəffər oğlu polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məlum hadisə avqustun 3-də Gəncə şəhərində yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb.

1964-cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.