Ölkə

Yollarda motosiklet qəzaları niyə artır?

14 İyul 2020 13:09
Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı və bakıətrafı ərazilərdə motosiklet qəzalarına daha tez-tez rast gəlmək olur. Bu cür qəzalar əksər hallarda ölümlə nəticələnir. Bəziləri paytaxtda motosiklet və velosipedlər üçün xüsusi zolaqların olmamasının bədbəxt hadisələrlə nəticələndiyini deyir.

Milli.Az xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov isə Trend-ə açıqlamasında bildirib ki, motosiklet qəzalarına səbəb təkcə zolaqların olmaması deyil:

"Əslində, ikitəkərli nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının olması vacibdir. Amma baş verən yol qəzalarına səbəb tək bu deyil. Həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin qaydalara əməl etməməsi də qəzaya gətirib çıxarır. Məsələn, motosiklet mühərrikli nəqliyyat vasitəsidir və onun mühərrikinin ölçüsü 50 kubsantimetrdir. Bu nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur. Amma mopedlərin mühərrik həcmi kiçik olduğu üçün velosiped kimi sürücülük vəsiqəsi olmadan idarəetməyə icazə verilir. Motosiklet sürücülük vəsiqəsi ilə idarə olunduğu üçün sürücü yollarda avtomobillər kimi qaydalara riayət etməli, işıqforun tələblərinə uyğun hərəkət etməlidir. Amma bu gün motosikl sürücüləri əksər hallarda işıqforun qırmızı işığından keçir, qadağan olunan yollardan dönmə əməliyyatı yerinə yetirir və bu da yol qəzalarına səbəb olur".

Ə.Hüseynov bildirir ki, yolda istənilən vəziyyətdə hərəkət edən motosikletlərin piyada səkiləri ilə hərəkəti qadağandır: "Piyada səkiləri yalnız piyadalar üçün nəzərdə tutulub. Burada motosiklet hərəkəti qadağandır. Amma bu gün kuryerlər və digər şəxslər motosikletlərlə piyada səkilərinə çıxırsa, bu birbaşa qanun pozuntusudur. Bundan başqa, motosiklet sürücüləri yola çıxarkən xüsusi dəbilqədə olmalıdır. Həmin dəbilqə onları əsasən yol qəzalarında qorumaq üçündür. Amma əksər motosiklet sürücüləri bu dəbilqələrdən istifadə etmir. Dövlət yol polisi əməkdaşları da bu cür hallara çox vaxt fikir vermir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.