Ölkə

Sabiq prorektorun biznesmen oğlu hakim qarşısına çıxarılır

14 İyul 2020 09:59
Baxış: 1 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dələduzluqda təqsirli bilinən "Mars-M" firmasının rəhbəri Bəşirov Mərhəmət Bəşir oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, Mərhəmət Bəşirovun rəhbəri olduğu firma Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olub. Atası Bəşir Bəşirov Texniki Universitetinin prorektoru vəzifəsində işləyib.

M. Bəşirova bundan əvvəl də qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə maddəsi üzrə cinayət işi başlanmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.