Ölkə

"İnsanlarda koronavirus xəstəliyi ilə bağlı qorxu yaratmaq lazım deyil, əksinə daha çox maarifləndirmə aparmaq lazımdır"

13 İyul 2020 10:38
Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanlarda koronavirus xəstəliyi ilə bağlı qorxu yaratmaq lazım deyil, əksinə daha çox maarifləndirmə aparmaq lazımdır ki, onlar bu xəstəliyin hansı yollarla keçdiyini öyrənə və bununla da özlərini qoruya bilsinlər.

Milli.Az xəbər verir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, insanda qorxunun yaradılması ondakı gərginliyi, stressi artırır. Bu isə immunitetin aşağı düşməsinə səbəb olur.

İmmunitet aşağı düşdükcə xəstəliyə yoluxma riskinin də yüksək olduğunu deyən alim hesab edir ki, epidemiya xarakterli hadisələr istənilən halda insanlarda qorxu və gərginlik hissi yaradır. Bəzi mütəxəssislərin koronavirusun yayılması nəticəsində bütün ailələrdə ölüm hallarının baş verəcəyi barədə əsassız fikirlər səsləndirməsi isə bu gərginliyin daha da artmasına səbəb olur: "Belə fikirlər insanlarda istər-istəməz qorxu hissi yaradır. Onlar öz beyinlərini yaxınlarını itirəcəyi fikri ilə yükləyirlər. Bu isə onlarda stressin həddindən artıq artmasına səbəb olur. Buna görə də yaxşı olar ki, mütəxəssislər, həkimlər belə fikirlər səsləndirməkdənsə, insanları maarifləndirməyə səy göstərsinlər. Onlar bununla xəstəliyin yayılmasının qarşısının alınmasına daha çox kömək edə bilərlər".

Mütəxəssis qeyd edib ki, psixoloji gərginliyin olması - güclü stressin, depressiyaların yaranması, daim qorxu və həyəcan hissinin keçirilməsi orqanizmdə həddindən artıq yorğunluğa səbəb olur. Xronik infeksion və virus xəstəlikləri, uzunsürən xəstəliklər, tez-tez baş verən residivlər də immun sisteminin işində pozğunluqlara səbəb olur ki, bu, sonda sinir sistemində gərginliyə, həyat gücünün zəifləməsinə gətirib çıxarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.