Ölkə

Bakıya yağış, rayonlara leysan, dolu yağacaq

10 İyul 2020 13:36
Baxış: 5 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 11-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  27-31, Bakıda  gecə 21-23, gündüz  8-30 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək. Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.  

11 iyulda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz  28-33, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.