Ölkə

Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi

10 İyul 2020 11:17
Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yük maşınının vurması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Milli.Az Trend-ə stinadən xəbər verir ki, hadisə iyulun 4-də Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Zakir Abbasovun idarə etdiyi yük avtomobili piyada olan 30-40 yaşlarında kişinin üstündən keçərək öldürüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, İstintaq Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zaman ölən şəxsin Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Məhəmməd Məmmədov olduğu müəyyən edilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.