Ölkə

Kürdəmir sakini külli miqdarda heroin daşıyarkən yaxalandı - FOTO

9 İyul 2020 13:31
Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Narkotik averi ilə məşğul olan Kürdəmir rayon sakini Ağdaş rayonu ərazisində yaxalanıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Ağdaş rayon ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon Atakişili kənd sakini Fuad Zeynalovun üzərindən təmiz çəkisi 773 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində F. Zeynalovun Kürdəmir rayon Atakişili kəndindəki fərdi yaşayış evinə keçirilən baxış zamanı, qonaq otağındakı soyuducunun içərisindən 2 kiloqram 742 qram narkotik vasitə olan heroin və 345 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.