Ölkə

Zaqatalada hovuzda istirahət edən şəxslər cərimələndilər - VİDEO

9 İyul 2020 13:20
0 Şərh     Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir qrup şəxsin biryerə toplaşaraq hovuzda istirahət etdiyini və karantin qaydalarını pozduqlarını müəyyən ediblər.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, həmin şəxslər Polis Şöbəsinə dəvət edilib və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Onların hər biri ilə polis əməkdaşları tərəfindən profilaktik söhbətlər aparılıb, karantin rejim qaydaları izah olunub və ciddi xəbərdarlıq edilib. Qaydaları pozanlar da etdikləri əməldən peşman olduqlarını səmimi olaraq etiraf ediblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib, 2 nəfər barəsində toplanmış material rayon məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ