Ölkə

Qətldə şübhəli bilinən 25 yaşlı gənc tutuldu

9 İyul 2020 10:51
Baxış: 1 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 08-də saat 20 radələrində Füzuli rayonunun Mahmudlu-2 kəndi ərazisində 1993-cü il təvəllüdlü Məzahir Gəncallının üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Baş Prokurorluqdan Milli.Az-a verilən xəbərə görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. 

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin olunub. 

İstintaqla hadisənin zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Elşad Muradlı tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.