Ölkə

Baş epidemioloq vəzifəsindən azad olmağımda haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb - İbadulla Ağayev

8 İyul 2020 15:25
Baxış: 2 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Baş epidemioloq vəzifəsindən azad olmağımla bağlı qərarın verilməsində haqqımda söylənilən mənfi fikirlər rol oynamayıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş epidemioloqu vəzifəsindən öz xahişi ilə azad edildiyini deyən İbadulla Ağayev bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin baş epidemioloqu vəzifəsindən azad olması üçün heç kəs tərəfindən ona təqyiq göstərilməyib:

"Hər kəsin haqqında mənfi fikirlər söylənilə bilər. Məni tanıyanlar bilirlər ki, mən kiməm. Böyük bir vəzifəm də yoxdur, sadəcə, olaraq, Azərbaycan Tibb Universitetində kafedra müdiriyəm. Səhiyyə Nazirliyinin də ictimai əsaslarla işləyən baş mütəxəssisi idim".

Qeyd edək ki, ötən həftə İbadulla Ağayevin ölkədəki vəziyyətdən xəbərsiz olması barədə dediyi fikirlər sosial şəbəkədə kəskin tənqid edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.