Ölkə

Bakıda "Toyota" qarət olundu

8 İyul 2020 10:06
0 Şərh     Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobil qarət olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini Ü.Vəliyevə məxsus "Toyota" markalı avtomobildən 325 manat pul, 1890 manat dəyərində video registrator, 700 manat dəyərində mobil telefon, eynək və geyim əşyaları oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Məsud İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.