Ölkə

Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas amil güclü dövlət qayğısının olmasıdır

2 İyul 2020 10:45
Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalaması ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Media institutunun müasir çağırışlara və qlobal trendlərə, ən əsası milli maraqlara uyğun fəaliyyət göstərməsinin strateji əhəmiyyətə malik olduğunu deyən deputat bildirib ki, Azərbaycan mətbuatının inkişafını şərtləndirən əsas amil bu sahədə dövlətin güclü diqqət və qayğısının olmasıdır:

"Bununla yanaşı, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan mətbuatı öz inkişaf tarixində zəngin, şərəfli və mürəkkəb yol keçib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji kursun qanunauyğun nəticəsi kimi, ölkəmizin iqtisadi potensialı və maliyyə imkanları artdıqca mətbuatın maddi problemlərinin həlli ilə bağlı çox müvafiq tədbirlər görülüb. Bütün bu addımlar Azərbaycan mətbuatının inkişafına əhəmiyyətli töhfələr verib. Bu gün dövlət başçısının müvafiq göstərişləri əsasında mühüm ictimai institut olan medianın inkişafı, xüsusilə də çap mətbuatının öz fəaliyyətini müasir reallıqlar və çağırışlara uyğunlaşdıraraq davam etdirməsi istiqamətində çox əhəmiyyətli addımlar atılır və real nəticələr əldə olunur".

Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin dostu, hamisi və qayğıkeşi olduğunu deyən deputat əlavə edib ki, dövlət başçısının milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı bu reallığın növbəti əyani ifadəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.