Ölkə

BŞBPİ: Karantin qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunurlar - FOTO

26 İyun 2020 16:33
Baxış: 2 166
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda hərəkət iştirakçıları arasında profilaktik tədbirlər davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Milli.Az-a bildirilib ki, sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, müvafiq icazə olmadan hərəkət edən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunurlar.

Diqqətə çatdırılır ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə hərəkət iştirakçıları sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən - tibbi maskalardan istifadə etməlidir. Hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.