Ölkə

"Hər addım virus yoluxması ilə qarşılaşa bilərik"

15 İyun 2020 10:25
Baxış: 1 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fədakar həkimlərimiz aylardır ailəsinə həsrət qalırlar, istədikləri vaxt adi su da içə bilmirlər, gecə-gündüz işləyirlər, saatlarla xüsusi geyimdə olurlar, yayda xüsusi geyimdə onlara çətin olsa da yorulmadan çalışırlar. COVİD 19-la mübarizə aparırlar.

Bunu Milli.Az-a tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

O, 2 gün evdə qalmaq istəməyən vətəndaşlara soyuq reanimasiya divarları arasında süni tənəffüs aparatına qoşulan xəstələrin hansı əziyyətlər çəkdiyini xatırladıb:

"Dövlətimiz xalqımızın sağlamlığını qorumaq üçün böyük işlər görür və digər ölkələrə nümunə olan planlar həyata keçirir. Qısa müddət ərzində yeni klinikanın açılması, modul tipli xəstəxanaların koronaviruslu xəstələr üçün istifadəyə verilməsi, maska istehsalı və s. Amma biz vətəndaşlar dövlətimizə və həkimlərimizə kömək edirik? 2 gün evdə qalmaq istəməyən vətəndaşlar, soyuq reanimasiyada süni tənəffüs aparatına qoşulan xəstələr necə əziyyət çəkir, bilirsinizmi? Həkimlərimiz, tibb bacılarımız onları həyata qaytarmaq üçün əzmlə çalışırlar, nə qədər stress keçirirlər, bilirsizmi? Hər xəstə üçün dövlət nə qədər büdcə xərcləyir bilirsinizmi. Məsuliyyətsiz vətəndaşlar isə xəstəliyin yayılmasını sürətləndirirlər. Dövlətimizə və həkimlərimizə dəstək lazımdır. Dəstəyiniz o olsun ki, qanun və qaydalara birgə ciddi əməl edək. Maska, məsafə, gigiyenik təmizlik, yəqin ki, çətin məsələ deyil".

Həkim sərtləşdirilmiş karantin rejiminin daha uzun müddətə uzadılacağı, rayonlara gediş-gəlişin ciddi nəzarətə götürüləcəyi, restoranlar, marketlər, apteklərin müvəqqəti onlayn sistemlə işləyəcəyi, ictimai nəqliyyatlarda və qapalı məkanlarda nəzarətin gücləndiriləcəyi təqdirdə koronavirusa yoluxanların kəskin azalacağını qeyd edib:

"Rayonlarda xəstə sayı az idi. Bakıdan rayonlara gizli-aşkar gediş çoxaldı. İndi qrup halında rayona istirahət adı ilə getmək, restoranlarda qonaqlıq etmək və s. olmaz, çünki hər addım virus yoluxması ilə qarşılaşa bilərik. Məsuliyyətsiz vətəndaşlara görə 2-3 həftəlik əvvəlki kimi (sms ilə icazə) çox ciddi karantin rejiminə keçirilsə, rayonlara gediş-gəliş ciddi nəzarətə götürülsə, restoranlar, marketlər, apteklər müvəqqəti onlayn sistemlə işləsə, ictimai nəqliyyatlarda və qapalı məkanlarda nəzarət güclənsə, xəstəlik azala bilər. Əks halda xəstəlik həndəsi silsilə ilə artacaq. Çünki hələ də bu xəstəliyin ciddiliyini başa düşməyən, evdə özünü səhv-kortəbii müalicə edən, xəstəliyi gizlədən, belə xəstəlik yoxdur deyən vətəndaşlarımız var".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.