Ölkə

Ağac kəsən şəxs cəzalandı

11 İyun 2020 19:45
0 Şərh     Baxış: 1 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda obyektin genişləndirilməsi məqsədilə yüngül konstruksiyalı tikinti işləri aparılan zaman iydə ağacının kəsildiyi müəyyən edilib. Ərazidəki digər iki meyvə ağacının isə tikilinin içərisində qaldığı məlum olub.

Faktla bağlı obyektin sahibi Sənan Fətullayev barəsində protokol tərtib olunub və o, 2800 manat məbləğində cərimə edilib.

Tikinti altına düşən iki ağacın qorunması məqsədilə tikinti işlərinin dayandırılması üçün Xətai rayon İcra Hakimiyyətinə və Bakı şəhər Şəhərsalma Arxitektura İdarəsinə müraciət olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.