Ölkə

BNA: “BakuBus”-a həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq

11 İyun 2020 18:12
1 Şərh     Baxış: 1 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 20 gündə üç problemli marşrut xətti ilə bağlı mühüm dəyişikliyin şahidi olduq. Sərnişinlərin ən çox şikayət etdiyi 11, 24 və 30 nömrəli marşrut xətləri üzrə norma və standartlara uyğun gəlməyən köhnə avtobuslar müasir və komfortlu nəqliyyat vasitələri ilə əvəz edildi.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a bildirilib ki, 3 marşrut xəttinin dəyişilməsi ilə Bakıxanov, Qaraçuxur, 8-ci kilometr kimi qəsəbələrin müasir avtobuslarla şəhər mərkəzi ilə əlaqələndirməsi təmin edilib. Bunun üçün 3 marşrut xətti üzrə 60-a yaxın avtobus ayrılıb.

Dəyişikliklər pandemiya şəraitində baş verir və bu o deməkdir ki, karantin dövrünin çətinliklərinə baxmayaraq, vətəndaşların rahatlığı üçün nəzərdə tutulan tədbirlər təxirə salınmayıb.

Agentlikdən qeyd edilib ki, qarşıdakı həftələrdə müsabiqə nəticəsində "BakuBus" MMC-yə həvalə olunan digər xətlər üzrə də dəyişikliklər olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.