Ölkə

Bakıda yol polisi qolu sınan azyaşlını xəstəxanaya çatdırdı - VİDEO

8 İyun 2020 12:01
Baxış: 1 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda polis xəsarət alan azyaşlıya yardım edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə iyunun 7-də paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Qəsəbə ərazisində yaşayan azyaşlı evdə ehtiyatsızlıqdan yıxılıb və qolu sınıb. Uşağın valideyni ərazidə xidmətdə olan yol polisi əməkdaşlarına müraciət edərək onlardan yardım istəyib.

Xidmətdə olan yol polisi əməkdaşları icazə əsasında xidməti ərazini tərk edərək azyaşlı və onun valideynini xəstəxanaya çatdırıb. Uşağa xəstəxanada ilkin tibbi yarm göstəriləndən sonra onlar evlərinə qaytarılıblar.

Xəsarət alan azyaşlının valideyni yol polislərinə minnətdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ