Ölkə

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: "Bir çoxları tarixləri dəyişik salırlar"

5 İyun 2020 13:27
Baxış: 5 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Nazirlər Kabinetinin 30 may tarixli Sərancamı ilə bağlı məlumatlara aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sərəncam 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycanın ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasını və bununla bağlı bütün tədbirlərin təxirə salınmasını təsbit edir:

"Bu tarix də əvvəlki illərdə olduğu kimi, 14 iyun 2020-ci ilə təsadüf edir. Bir çox insanlar 2019-2020-ci tədris ilinin yekunu, yəni 14 iyun tarixini 2020-ci təqvim ilinin son tarixi ilə dəyişik salırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.