Ölkə

Bakıda karantin qaydalarını pozan kafe aşkarlanıb, 6 nəfər cərimələnib - FOTO

5 İyun 2020 19:12
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb.

Milli.Az APA-ya istinadla bildirir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Hüseybala Əliyev küçəsi 22B ünvanında  "Bermud" kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 6 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi Mirvari Hüseynova 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.