Ölkə

Bakıda keçmiş məhkum marşrutda 15 yaşlı oğlanı qarət etdi

4 İyun 2020 10:44
Baxış: 1 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda marşrut avtobusunda azyaşlı qarət edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə iyunun 3-də saat 18 radələrində Moskva prospektində 199 saylı xətt avtobusunda baş verib. Naməlum şəxs Abşeron rayon sakini, 2005-ci il təvəllüdlü A. Bayramlının çantasından 300 manatlıq mobil telefonunu oğurlayıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi, rayon Mühafizə Bölməsinin, Səbail rayon Mühahizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Vüqar Abbasov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.